AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
22.09.2016 11:00

HDÇ-2016: sərbəstlər ilk gündə 1 qızıl və 1 gümüş medal qazandı / FOTO

Materialı qiymətləndirin
(4 səs)
Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı keçirilir. 

İlk yarış günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.

Ağahüseyin Mustafayev 65 kq, Coşqun Əzimov 70 kq çəki dərəcələrində bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar. 

Final görüşündə Ağahüseyn Mustafayev Şimali Koreya idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək dünya çempionu olub. Coşqun Əzimov isə final görüşündə Rusiya idmançısı Maqomed Kurbanəliyevə məğlub olaraq gümüş medalla kifayətlənib.

61 kq-da mübarizə aparan Mircəlal Həsənzadə isə 5-ci yerdə qərarlaşıb. 

Xatırladaq ki, hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edir. 
Oxu 2279 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW