AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
19.09.2016 15:59

Hərbçilərin güləş üzrə Dünya çempionatı başlayır / HEYƏT

Materialı qiymətləndirin
(8 səs)
21-24 sentyabr 2016-cı il tarixdə Makedoniyanın Skopye şəhərində hərbçilərin güləş üzrə 31-ci dünya çempionatı keçiriləcək. Çempionatda ölkəmizin sərbəst və yunan-Roma güləşi komandalarının üzvləri iştirak edəcək.

Sərbəst güləş yarışlarında ölkəmizi məşqçi Nazim Əlicanovun başçılığı altında Ruslan Qasımov (57 kq), Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Əşrəf Əliyev (74 kq), Turqay Məmmədov (84 kq) və Roman Bəkirov (97 kq) təmsil edəcək.

Yunan-Roma güləşi üzrə pəhləvanlarımız məşqçi Taleh İsrafilovun rəhbərliyi altında yarışacaq. Heyətdə Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Həsən Əliyev (71 kq), Sənan Əlimirzəyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Orxan Ələkbərov (98 kq) yer alıb. 

Hakimlər briqadasında beynəlxalq dərəcəli hakim Elman İsmayılov ölkəmizi təmsil edəcək. 

Proqram

21 sentyabr
Sərbəst güləş – 57, 61, 65 və 70 kq

22 sentyabr 
Sərbəst güləş – 74, 86, 97 və 125 kq

23 sentyabr 
Yunan-Roma güləşi – 59, 66, 71 və 75 kq

24 sentyabr 
Yunan-Roma güləşi – 80, 85, 98 və 130 kq


Oxu 3717 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW