AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
18.09.2016 21:37

YDÇ-2016: sərbəst güləş yığmamız komanda hesabında üçüncü oldu / FOTO

Materialı qiymətləndirin
(1 Səs)
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başa çatıb.

Son iki yarış günündə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında mübarizə aparan yığma komandamız çempionatı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Qızıl medalı yığmamıza 69 kq-da mübarizə aparan Abubakr Abakarov qazandırıb. Mahir Məmmədzadə (42 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza İnal Jopua (63 kq) və Asxab Həmzətov (100 kq) qazandırıb.

Komanda hesabında 47 xal toplayan yığmamız Dünya çempionatını üçüncü sırada tamamlayıb. Rusiya (69 xal) birinci, ABŞ (67 xal) yığması isə ikinci pilləni tutub.


Oxu 2563 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW