AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
18.09.2016 19:14

YDÇ-2016: son gündə sərbəstlər daha 2 bürünc medal qazandı / FOTO

Materialı qiymətləndirin
(4 səs)
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başa çatıb. 

Beşinci yarış günündə mübarizəyə qoşulan sərbəst güləşçilərimiz 1 qızıl və 1 gümüş medala sahib olub.

Çempionatın sonuncu yarış günündə 46, 54, 63, 76 və 100 kq çəkidə sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü  2 bürünc medalla başa vurub.

63 kq-da mübarizə aparan İnal Jopua ilk görüşdə İran idmançısını üstələyib, ikinci görüşdə Moldova təmsilçisinə uduzub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılan təmsilçimiz əvvəlcə Belarus, həlledici görüşdə isə Bolqarıstan idmançısına qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Asxab Həmzətov Yaponiya və Ukrayna güləşçilərinə qalib gəlsə də yarımfinalda Rusiya idmançısına uduzub. Bürünc medal uğrunda görüşdə Qazaxstan təmsilçisinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

46 kq
1/8 final - Ramiz Həsənov - Vladimeri Gamkrelidze (GEO) 0:5

54 kq
1/8 final - Hyuga Taniguçi (JPN) - Turan Bayramov 1:0
1/16 final - Omar Elarabi Nasreldin Ahmed Ali (EGY) - Turan Bayramov 3:10

63 kq
Bürünc medal görüşü - İnal Jopua - Turgay Fehrun Fevzi (BUL)  8:0
Təsəlliverici görüş - Aliaksandr Kurişta (BLR) - İnal Jopua 2:3
1/4 final - Stefan Tonu (MDA) - İnal Jopua 6:4
1/8 final - İnal Jopua - Mohammad Fattah Talebi (IRI) 2:1

76 kq
Təsəlliverici görüş - Travis Jeremiah Vittlake Jr (USA) - Rəşad Yusifli 6:5
1/4 final - Kamil Abdulcamalov (RUS) - Rəşad Yusifli 13:7
1/8 final - Rəşad Yusifli - Vadzim Kalatsei (BLR) 10:0
1/16 final - Bobby Singh Narval (CAN) - Rəşad Yusifli 0:10

100 kq
Bürünc medal görüşü - Alişer Yergali (KAZ) - Asxab Həmzətov 0:5
1/2 final - Adam Xadji Beterbiev (RUS) - Asxab Həmzətov 10:0
1/4 final - Asxab Həmzətov - Roman Dovhaliuk (UKR) 7:2
1/8 final - Asxab Həmzətov - Sota Yamamoto (JPN) 8:0

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür.

https://unitedworldwrestling.org/event/world-championship-4 


Oxu 4806 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW