AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
17.09.2016 19:44

YDÇ-2016: sərbəst güləşçilərimiz 1 qızıl və 1 gümüş medal qazandı / FOTO

Materialı qiymətləndirin
(6 səs)
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. 

Çempionatın beşinci yarış günündə 42, 50, 58, 69 və 85 kq çəkidə sərbəst güləşçilər yarışıb.  Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.

42 kq çəkidə mübarizə aparan Mahir Məmmədzadə Qırğızıstan, Hindistan və Gürcüstan təmsilçilərini üstələyib finala yüksəlib. Finalda ABŞ təmsilçisi ilə gərgin keçən görüşü uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

50 kq-da yarışan Əsgər Məmmədəliyev Özbəkistan və Yunanıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda İran təmsilçisinə uduzan güləşçimizi bürünc medal şansını saxlayıb. Ancaq həlledici görüşdə Türkiyə idmançısına uduzan Əsgər Məmmədəliyev çempionatı 5-ci sırada tamamlayıb.

69 kq çəki dərəcəsində yarışan Abubakr Abakarov mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Türkiyə, Bolqarıstan, Qırğızıstan və Yaponiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıran təmsilçimiz finala yüksəlib. Son görüşdə İran təmsilçisinə də qalib gələn Abubakr Abakarov dünya çempionatının qızıl medalını qazanıb.

42 kq
FİNAL - Mahir Məmmədzadə - Kurt Nnamdi Mc Henry (USA) 5:7
1/2 final - Mahir Məmmədzadə - Giorgi Gegelaşvili (GEO) 13:4
1/4 final - Mahir Məmmədzadə - Saurabh Madhukar İgave (IND) 9:7
1/8 final - Abdimalik Karaçov (KGZ) - Mahir Məmmədzadə 2:13

50 kq
Bürünc medal görüşü - Engin Çetin (TUR) - Əsgər Məmmədəliyev 7:0
1/2 final - Amir Aliakbar Parasteh (IRI) - Əsgər Məmmədəliyev 7:1
1/4 final - Əsgər Məmmədəliyev - Vrez Argirios Grigorian (GRE) 8:4
1/8 final - Fərrux Şaripov (UZB) - Əsgər Məmmədəliyev 2:5

58 kq
1/4 final - Denis Brohan (UKR) - Daur Psardiya 12:4
1/8 final - Daur Psardiya - Erzo Şamil İsakov (JOR) 10:0

69 kq
FİNAL - Sajjad Saberali Gholami (IRI) - Abubakr Abakarov 3:6
1/2 final - Yuto İzutsu (JPN) - Abubakr Abakarov 0:10
1/4 final - Kutmanbek Keneşbek Uulu (KGZ) - Abubakr Abakarov 0:10
1/8 final - Durgut Behçed Tasim (BUL) - Abubakr Abakarov 1:12
1/16 final - Abubakr Abakarov - Doğukan Kalaycı (TUR) 7:0

85 kq
1/8 final - Əhliman Quliyev - Mher Markosyan (ARM) 2:2*

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür.

https://unitedworldwrestling.org/event/world-championship-4 


Oxu 6776 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW