AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
15.09.2016 19:16

YDÇ-2016: Aynur Camalova bürünc medal qazandı / FOTO

Materialı qiymətləndirin
(1 Səs)
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. 

Çempionatın üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəkidə yeniyetmə qızlar yarışır. Güləşçilərimiz 4 çəki dərəcəsində təmsil olunub.

38 kq-da mübarizə aparan Şahanə Nəzərova Qazaxstan idmançısını üstələsə də növbəti görüşdə Hindistandan olan rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz ABŞ təmsilçisini mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda həlledici görüşdə Rusiya təmsilçisinə uduzan Şahanə Nəzərova çempionatı 5-ci sırada tamamlayıb. 

43 kq çəkidə yarışan Aynur Camalova mübarizəyə 1/4 finaldan qoşulub. İlk görüşdə Qazaxstan idmançısını mübarizədən kənarlaşdıran güləşçimiz yarımfinalda Yaponiyadan olan rəqibinə uduzub. Bürünc medal görüşünə çıxan Aynur Camalova İspaniya güləşçisini üstələyərək çempionatın bürünc medalını qazanıb.

49 kq-da mübarizə aparan Jalə Əliyeva ilk görüşdə Yaponiyadan olan rəqibinə uduzsa da onun finala yüksəlməsi ilə təsəlliverici görüşlərə haqq qazanıb. Güləşçimiz əvvəlcə Rumıniya, ardınca Belarus idmançılarını mübarizədən kənarlaşdırıb. Jalə Əliyeva bürünc medal görüşündə ABŞ-dan olan rəqibinə uduzub və çempionatı 5-ci sırada tamamlayıb.

38 kq 
Bürünc medal görüşü - Şahanə Nəzərova - Valeriya Çistobaeva (RUS) 0:4
Təsəlliverici görüş - Caitlyn Ann Walker (USA) - Şahanə Nəzərova 7:13
1/4 final - Manişa Manişa (İND) - Şahanə Nəzərova 4:0
1/8 final - Şahanə Nəzərova - Ayacan Markaşeva (KAZ) 10:5

43 kq 
Bürünc medal görüşü - Ana Maria Torres Rubio (ESP) - Aynur Camalova 2:4
1/2 final - Aynur Camalova - Manami Ueno (JPN) 0:10
1/4 final - Roza Şimbergen (KAZ) - Aynur Camalova 0:8 (tuşe, 104 san.)

49 kq 
Bürünc medal görüşü - Jalə Əliyeva - Macey Ellen Kilty (USA) 2:13
Təsəlliverici görüş - Jalə Əliyeva - Yuliya Jaurenik (BLR) 8:6
Təsəlliverici görüş - Jalə Əliyeva - Denisa Yuliana Fodor (ROU) 5:0 (tuşe)
1/16 final - Yui Susaki (JPN) - Jalə Əliyeva 10:0

56 kq 
1/4 final - Anastasia Sizenko (RUS) - Ceyla Nağızadə 12:2
1/8 final - Tanya Dobromirova Teneva (BUL) - Ceyla Nağızadə 2:8

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür.

https://unitedworldwrestling.org/event/world-championship-4 



Oxu 4152 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW