AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.09.2016 19:58

YDÇ-2016: yunan-Roma yığmamız dünya ikincisi oldu / FOTO

Materialı qiymətləndirin
(3 səs)
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. 

İlk iki yarış günündə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib. Böyük məşqçi Bəhram Mürvətov, məşqçilər İslam Abbasov və Fuad Alıyevin rəhbərliyi altında mübarizə aparan yığma komandamız çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Qızıl medalı yığmamıza 46 kq-da mübarizə aparan Fail İsgəndərov qazandırıb. Ülvi Qənizadə (69 kq) və Nəsir Həsənov (76 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Zaur Əliyev (42 kq) və Zaur Nuriyev (50 kq) qazandırıb.

Komanda hesabında 63 xal toplayan yığmamız Dünya çempionatını ikinci sırada tamamlayıb. İran (68 xal) birinci, Türkiyə (63 xal) yığması isə üçüncü pilləni tutub.


Oxu 2341 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW