AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.09.2016 08:43

YDÇ-2016: Zaur Nuriyev bürünc medal qazandı / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(12 səs)
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb. 

Çempionatın ilk günündə 50, 54, 58, 63 və 100 kq çəkidə yunan-Roma güləşçiləri yarışıb.

50 kq çəkidə yarışan Zaur Nuriyev Meksika və İsveçdən olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Gürcüstan təmsilçisinə uduzan güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Zaur İran idmançısına qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb.

54 kq çəki dərəcəsində mübarizə aparan Elnur Musayev Yunanıstan və Macarıstandan olan rəqiblərindən üstün olub. Yarımfinalda Gürcüstan idmançısına uduzan güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Qırğızıstan təmsilçisinə uduzan Elnur çempionatı 5-ci sırada tamamlayıb. 

50 kq
Bürünc medal görüşü - Poya Soulat Dad Marz (İRİ) - Zaur Nuriyev 4:6
1/2 final - Giorgi Şotadze (GEO) - Zaur Nuriyev 3:0
1/4 final - Alexander Haakan Norstroem (SWE) - Zaur Nuriyev 0:8
1/8 final - Zaur Nuriyev - Martin Alfonso Bazaldua de la Riva (MEX) 8:3

54 kq
Bürünc medal görüşü - Jolaman Şarşenbekov (KGZ) - Elnur Musayev 3:1
1/2 final - Elnur Musayev - Leri Abuladze (GEO) 0:8
1/4 final - Elnur Musayev - Krisztian İstvan Vancza (HUN) 6:4
1/8 final - Konstantinos Damianakis (GRE) - Elnur Musayev 0:8 (57 san.)

58 kq
Təsəlliverici görüş - Hassan Ahmed Mohammed (EGY) - Həsən Məmmədli 2:1
1/4 final - Valentin Petic (MDA) - Həsən Məmmədli 8:0
1/8 final - Həsən Məmmədli - İrakli Cimistarişvili (GEO) 5:1
1/16 final - Həsən Məmmədli - Gaurav Duhoon (IND) 8:0

63 kq
1/16 final - Cavid Miralayev - Hraçya Poğosyan (ARM) 0:8

100 kq
Təsəlliverici görüş - Şərəf Əlixanov (RUS) - Əli Əminzadə 8:0
1/4 final - Əli Əminzadə - Gerard Cyprian Kurniczak (POL) 1:2
1/8 final - Ciprian İlie Trufan (ROU) - Əli Əminzadə 1:3
1/16 final - Əli Əminzadə - Jakub Krocak (CZE) 7:0

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür.

https://unitedworldwrestling.org/event/world-championship-4



Oxu 6991 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW