AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
09.09.2016 11:43

Yeniyetmələrin Dünya çempionati Tbilisidə keçiriləcək / HEYƏT

  • Çap
  • Email
Materialı qiymətləndirin
(7 səs)
13-18 sentyabr 2016-cı il tarixdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı keçiriləcək. 

Yunan-Roma güləşi yığmamız böyük məşqçi Bəhrəm Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında çempionatın ilk iki günündə mübarizə aparacaq. Heyətdə Zaur Əliyev (42 kq), Fail İsgəndərov (46 kq), Zaur Nuriyev (50 kq), Elnur Musayev (54 kq), Məmmədəli Həsənov (58 kq), Cavid Miralayev (63 kq), Ülvi Qənizadə (69 kq), Nəsir Həsənov (76 kq), Tehran Əminzadı (85 kq) və Əli Əminzadə (100 kq) yer alıb. 

Sentyabrın 15-16-da yeniyetmə qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Şahanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Aynur Camalova (43 kq), Alina Zakoyeva (46 kq), Jalə Əliyeva (49 kq), Adelina Mirzəyeva (52 kq) və Ceyla Nağızadə (56 kq) çempionata yollanacaq. 

Çempionatın son günlərində sərbəst güləşçilər yarışacaq. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında ölkəmizi Mahir Məmmədzadə (42 kq), Ramiz Həsənov (46 kq), Əsgər Məmmədəliyev (50 kq), Turan Bayramov (54 kq), Daur Psardiya (58 kq), İnal Jopua (63 kq), Abakar Abakarov (69 kq), Rəşad Yusifli (76 kq), Əhliman Quliyev (85 kq) və Asxab Həmzətov (100 kq) təmsil edəcək. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev iştirak edəcək.


Oxu 4386 dəfə
Tweet

Comments   

 
0 #1 Mehman 2016-09-19 22:07
:lol:
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW