AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.09.2016 00:44

GDÇ-2016: sərbəst güləşçilər komanda hesabında ikinci oldu / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb.

Son iki yarış günündə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Böyük məşçqi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yarışa qatılan sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.

Qızıl medalı yığmamıza 55 kq çəkidə yarışan Əfqan Xaşalov qazandırıb. Umar İsrailov (120 kq) gümüş, Əliabbas Rzazadə (50 kq), Orxan Abbasov (66 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) isə bürünc medala layiq görülüb.

Komanda hesabında 49 xal toplayan yığmamız Rusiyadan (66 xal) sonra ikinci yerdə qərarlaşıb. Türkiyə yığması 43 xalla üçüncü olub.



Oxu 2769 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW