AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
03.09.2016 13:53

GDÇ-2016: Əliabbas Rzazadə bürünc medal qazandı / FOTO-VİDEO

Materialı qiymətləndirin
(2 səs)
Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Beşinci yarış günündə 50, 60, 74 və 96 çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

50 kq çəkidə mübarizə aparan Əliabbas Rzazadə Ukrayna, Peru və Rusiyadan olan rəqiblərini üstələsə də, yarımfinalda ABŞ idmançısına uduzub. Bürünc medal görüşünə haqq qazanan güləşçimiz Türkiyə idmançısı ilə qarşılaşıb. Görüşü qələbə ilə tamamlayan Əliabbas Rzazadə Dünya çempionatının bürünc medalını qazanıb.

74 kq çəki dərəcəsində yarışan Murad Süleymanov Ermənistan, Latviya və Misirdən olan rəqiblərini üstələyib. Yarımfinalda ABŞ idmançısı ilə gərgin keçən görüşdə hesab bərabər olsa da son xalı rəqib qazandığından Murad görüşü məğlub başa vurub. Bürünc medal uğrunda görüşdə Gürcüstan idmançısı ilə qarşılaşan güləşçimiz hesabda öndə olduğu halda ani bir səhv nəticəsində qələbəni əldən verib və çempionatı 5-ci sırada tamamlayıb.

50 kq
Bürünc medal görüşü - Engin Çetin (TUR) - Əliabbas Rzazadə 0:2
1/2 final - Spencer Riçard Lee (USA) - Əliabbas Rzazadə 10:0
1/4 final - Əliabbas Rzazadə - Viktor Xan (RUS) 10:6
1/8 final - Samuel Edhinson Alva Pedragas (PER) - Əliabbas Rzazadə 0:6
1/16 final - Əliabbas Rzazadə - Roman Gutsulyak (UKR) 7:6

60 kq
1/16 final - Dzianis Maksimau (BLR) - Mahir Əmiraslanov (hər iki idmançı diskvalifikasiya edilib)

74 kq
Bürünc medal görüşü - Tariel Qafrindaşvili (GEO) - Murad Süleymanov 2:9 (tuşe)
1/2 final - Mark John Hall II (USA) - Murad Süleymanov 5*:5
1/4 final - Samy Hamdy Amin Rabie Moustafa (EGY) - Murad Süleymanov 0:4
1/8 final - Alberts Jurcenko (LAT) - Murad Süleymanov 0:11
1/16 final - Murad Süleymanov - Tigran Mnatsakanyan (ARM) 15:4

96 kq
1/8 final - Məhəmmədrəsul Qazıməhəmmədov - Takashi İşiguro (JPN) 2:4
1/16 final - Athanasios Kapathanasidis (GRE) - Məhəmmədrəsul Qazıməhəmmədov 1:5

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/world-championship-8 




Oxu 6707 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW