AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
10.09.2015 22:28

Yunan-Roma yığmamız Olimpiadaya 4 lisenziya qazandı və Dünya ikincisi oldu / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. 

Artıq çempionatda yunan-Roma güləşi yarışları başa çatıb. Yunan-Roma güləşçilərimiz Rio Olimpiadasına 6 mümkün lisenziyadan 4-ünü (Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq)) qazanıb və lisenziya sayına görə, Rusiya ilə bərabər ilk sırada qərarlaşıb.

Çempionatı 1 qızıl (Rəsul Çunayev, 71 kq) , 1 gümüş (Rövşən Bayramov, 59 kq) və 1 bürünc Saman Təhmasibi, 85 kq) medalla başa vuran yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında 39 xal toplayaraq ikinci olub. İlk sıranı 46 xalla Rusiya, üçüncü yeri 35 xalla Ukrayna komandası tutub. 

Çempionatda uğurlu çıxış edən yunan-Romaçılarımız artıq Vətənə yola düşüb. Bakı vaxtı ilə 11 sentyabr, saat 21:00-da Vətənə qayıdacaq güləşçilərimizin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma mərasimi təşkil olunacaq. 

Bütün güləş həvəskarları və KİV nümayəndələri dəvətlidir!!!

Oxu 3815 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW