AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
07.09.2015 06:45

DÇ-2015: Elvin Mürsəliyev Rio Olimpiadasına vəsiqə qazandı / FOTO-VİDEO

Materialı qiymətləndirin
(5 səs)
Sentyabrın 7-dən 12-dək Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. 

Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında ölkəmizi Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir. 

İlk yarış günündə 66, 75 və 98 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. 

75 kq-da mübarizə aparan Elvin Mürsəliyev ilk olaraq Meksikadan Juan Angel Escobar, ardınca, Slovakiyadan Jure Kuhar, Rumıniyadan İlie Cojocari üzərində qələbə qazanıb. 1/4 finalda güləşçimiz Qırğızıstandan Atabek Azizbekov üzərində inamlı qələbə qazanmaqla yarımfinala yüksəlib. Bu qələbə həm də ölkəmizə 75 kq çəki dərəcəsində Olimpiya lisenziyası qazandırıb. Yarımfinalda idmançımız Rusiya təmsilçisi Roman Vlasova məğlub olsa da, bürünc medal uğrunda həlledici görüşə çıxıb. Son rəqib Qazaxstanlı Dostjan Kartikov olub. Görüş rəqibin 1:0 üstünlüyü ilə tamamlanıb və Elvin Mürsəliyev Dünya çempionatını 5-ci sırada bitirib. 

Məlumat üçün bildirək ki, Las Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.

66 kq 
1/32 final - Artyom Surkov (RUS) - Həsən Əliyev 2:0

75 kq
1/32 final - Elvin Mürsəliyev - Juan Angel Escobar (MEX) 3:2
1/16 final - Jure Kuhar (SLO) - Elvin Mürsəliyev 2:3
1/8 final - İlie Cojocari (ROU) - Elvin Mürsəliyev 1:5
1/4 final - Atabek Azizbekov (KGZ) - Elvin Mürsəliyev 0:8
1/2 final - Elvin Mürsəliyev - Roman Vlasov (RUS) 0:6
Bürünc medal görüşü - Dostjan Kartikov (KAZ) - Elvin Mürsəliyev 1:0

98 kq
1/32 final - Orxan Nuriyev - Laokvatis Kessidis (GRE) 2:7




Oxu 10334 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW