AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
19.08.2015 11:31

Yeni tarix yazan gənc sərbəst güləşçilərimiz Vətənə qayıdıb / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən güləş üzrə gənclər arasında Dünya çempionatında uğurla çıxış edən sərbəst güləş üzrə yığma komandamız Vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı qohumları, Azərbaycan Güləş Federasiyasının əməkdaşları və jurnalistlər qarşılayıblar. Pəhləvanlarımız media nümayəndələrinə dünya çempionatındakı çıxışları barədə açıqlama veriblər:

Gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov

Hər zaman yarışlara böyük ümidlərlə getmişik və həmişə də üzümüz ağ qayıtmışıq. Uzun illər idi ki, yeniyetmələrlə işləyirdim. İlk dəfədir gənclərin Dünya çempionatına məşqçi kimi qatıldım. Gənclərin Dünya çempionatı çox ağır keçir. Yarışda 59 ölkənin idmançıları mübarizə aparırdı. Çempionatdan öncə də medal qazanan idmançılarımızdan uğur gözləyirdik. Allaha şükürlər olsun ki, komandamız uğurlu çıxış etdi.

Nurməhəmməd Hacıyev (96 kq), qızıl medal


Dünya çempionatı yüksək səviyyədə keçdi. Hazırlıq prosesi Xaçmazda çox yaxşı təşkil olunmuşdu. Məşqçilərimizin rəhbərliyi ilə keçirdiyimiz yüksək səviyyəli hazırlığın nəticəsində 4 güləşçimiz çempion oldu. Komanda hesabında ikinci yerə layiq görüldük. Dünya çempionatında hər görüş çətin keçir. Buna baxmayaraq, hamıdan üstün olmağı bacardım. Bundan sonra da bu uğuru davam etdirəcəm. 

Mahir Əmiraslanov (55 kq), qızıl medal

Çox yaxşı hazırlaşmışdıq. Məşqlərə baxanda da öncədən bilinirdi ki, heyətimiz güclüdür və yaxşı nəticələr qazanacağıq. Belə də oldu. Dünya çempionatında 4 qızıl, 1 bürünc medal qazandıq. Bütün rəqiblərim güclü olsa da, ən çətin görüşüm rus və finalda İran güləşçisi ilə oldu. Çalışacağam ki, bu uğuru gələcəkdə də təkrarlayım. 

Arif Hüseynov (50 kq), bürünc medal

Dünya çempionatında 3-cü yerə layiq görüldüm. Bürünc medal uğrunda erməni güləşçini məğlub etdim. Göstərdik ki, onlardan güclüyük. İnanıram ki, uğurlarımızın davamını gətirəcəyik. Bu il çempion ola bilməsəm də, gələn il qızıl medal qazanmağa çalışacağam. Erməni güləşçini məğlub etmək mənim üçün çempion olmaq kimi bir hissdir. Məşqçilərimizə və hazırlığımız üçün hər bir şəraiti yaradan Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Xatırladaq ki, gənclər arasında dünya çempionatında sərbəst güləşçilərimiz 4 qızıl və 1 bürünc medal qazanıblar. Komanda hesabında 58 xal toplayan yığmamız çempionatı ikinci sırada başa vurub. Qızıl medalların sayına görə, bütün komandaları qabaqlayaraq dünya birincisi olan gənc sərbəst güləşçilərimiz idman tariximizdə yeni bir səhifə yazıb.
Oxu 3425 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW