AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.08.2015 09:19

GDÇ-2015: gənc qızlarımız ilk gün 2 qızıl və 1 bürünc medal qazanıb / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçirilir. Çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir. 

Yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb və çempionatı komanda hesabında ikinci sırada başa vurub. 

Üçüncü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurub. 

44 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova ardıcıl olaraq Türkiyə, Belarus, Qazaxstan və Yaponiyalı güləşçiləri məğlub edərək Dünya çempionatının qızıl medalına sahib olub.

51 kq-da təmsilçimiz Leyla Qurbanova da Dünya çempionatının qızıl medalına sahib olub. Bunun üçün o, Meksika, Yaponiya, Rusiya və Ukrayna güləşçilərinə qalib gəlib.

67 kq-da Elis Manolova yarımfinala kimi inamla irəliləsə də yapon idmançıya məğlub olub. Bürünc medal uğrunda görüşdə Norveç idmançısına qalib gələn Manolova Dünya çempionatının bürünc medalını qazanıb. 

44 kq 
1/8 final - Türkan Nəsirova - Emine Çataloğlu (TUR) 8:0 (təmiz qələbə)
1/4 final - Kseniya Stankeviç (BLR) - Türkan Nəsirova 6:11
1/2 final - Svetlana Ankiçeva (KAZ) - Türkan Nəsirova 0:10
FİNAL - Türkan Nəsirova - Rina Okuno (JPN) 5:2

51 kq 
1/8 final - Daniela Lopez (MEX) - Leyla Qurbanova 0:6 (təmiz qələbə)
1/4 final - Momoka Kadoya (JPN) - Leyla Qurbanova 4:9
1/2 final - Leyla Qurbanova - Kseniya Nejqovorova (RUS) 6:2
FİNAL - Olena Kremzer (UKR) - Leyla Qurbanova 7:10

59 kq
1/8 final - Almaz İsmayılova - Viktoriya Bobeva (BUL) 2*:2
1/4 final - Almaz İsmayılova - Yoşimi Kayama (JPN) 6:6*
Təsəlliverici görüş - Jessica Brullette (CAN) - Almaz İsmayılova 4:0

67 kq 
1/8 final - İlonia Alison (MHL) - Elis Manolova 0:10
1/4 final - Nicole Amann (GER) - Elis Manolova 3:3* (təmiz qələbə)
1/2 final - Elis Manolova - Masako Furuiçi (JPN) 0:10
Bürünc medal görüşü - Signe Fidje Store (NOR) - Elis Manolova 2:2*





Oxu 6311 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW