AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.08.2015 09:08

GDÇ-2015: Murad qızıl, İslam gümüş, Ruhin bürünc medal qazanıb / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(14 səs)
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçirilir. Çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir. 

Yarışların ilk günündə komandamız 1 gümüş medal qazanıb. 60 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçisi Kərim Cəfərov fərqlənib.  

İkinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. 

55 kq-da mübarizə aparan Murad Məmmədov bütün görüşlərini tam üstünlüklü qələbə ilə başa vurub. Hindistan, İran, Özbəkistan, Ermənistan, finalda isə Bolqarıstan idmançısına heç bir xal vermədən qalib gələn güləşçimiz ümumi hesabda rəqiblərindən 42 xal alıb və Dünya çempionatının qızıl medalına sahib olub.

66 kq çəkidə yarışan Ruhin Mikayılov Almaniya, Qazaxstan və Ermənistandan olan rəqiblərinə qalib gəlib, ancaq yarımfinalda Gürcüstan təmsilçisinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Türkiyəli rəqibinə də qalib gələrək Dünya çempionatını medalla başa vurub və fərxi kürsünün üçüncü pilləsində qərarlaşıb. 

84 kq-da mübarizə aparan İslam Abbasov Venesuela, İsveç, Rusiya və Gürcüstan güləşçilərini məğlub edərək finala vəsiqə qazanıb. Finalda Türkiyə təmsilçisi ilə gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb və İslam Abbasov Dünya çempionatının gümüş medalına yiyələnib. 

Ümumilikdə, 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz 53 xal toplayaraq Dünya çempionatını komanda hesabında ikinci yerdə başa vurub. Gürcüstan 60 xalla birinci, Rusiya 47 xalla üçüncü olub. 

55 kq
1/16 final - Murad Məmmədov - Maniş Maniş (İND) 10:0
1/8 final - Meysam Dalxani (İRİ) - Murad Məmmədov 0:10
1/4 final - İslomjon Baxramov (UZB) - Murad Məmmədov 0:8
1/2 final - Slavik Qalstyan (ARM) - Murad Məmmədov 0:8
FİNAL - Yoto Hristov (BUL) - Murad Məmmədov 0:6

66 kq
1/16 final - Yasin Yeter (GER) - Ruhin Mikayılov 1:1*
1/8 final - Ruhin Mikayılov - Kaharman Kissimetov (KAZ) 2:1
1/4 final - Karen Aslanyan (ARM) - Ruhin Mikayılov 3:8
1/2 final - Ramaz Zoidze (GEO) - Ruhin Mikayılov 3:2
Bürünc medal görüşü - Cengiz Arslan (TUR) - Ruhin Mikayılov 1:2

84 kq
1/16 final - Victor Montero (VEN) - İslam Abbasov 0:9
1/8 final - İslam Abbasov - Zakarias Berg (SWE) 3:0
1/4 final - Hacımurad Cəlalov (RUS) - İslam Abbasov 1:3
1/2 final - İslam Abbasov - Giorgi Melia (GEO) 15:6
FİNAL - Ali Cengiz (TUR) - İslam Abbasov 10:6

120 kq
1/8 final - Satoşi Kayzuka (JPN) - Cavid Feyziyev 3:5
1/4 final - Edar Xaçoryan (ARM) - Cavid Feyziyev






Oxu 7124 dəfə
Tweet

Comments   

 
+1 #1 WrestleR 2015-08-12 19:17
Camal Feyziyevin final gorusunu hardan izleye bilerem?
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW