AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.09.2014 19:59

DÇ-2014: Rəsul ermənini məğlub edib dünya üçüncüsü oldu / FOTO-VİDEO

Materialı qiymətləndirin
(9 səs)
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı başa çatıb.

Çempionatın son günündə 59, 71 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz son gündə 1 bürünc medal qazanıb.

71 kq çəki dərəcəsində Rəsul Çunayev ilk görüşdə Yaponiya idmançısı Noritomo Eto üzərində inamlı qələbə qazanıb. Ardınca ABŞ təmsilçisi Castin Lesterlə gərgin keçən görüşü qalib başa vurub. Türkiyə idmançısı Yunus Özellə görüşdən məğlub ayrılan, Rəsul, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rumıniya güləşçisi İonel Puskasu üzərində qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə Rəsul Çunayev erməni Varşam Boranyanla qarşılaşıb. 23 saniyə davam edən görüşdə güləşçimiz tam üstünlüklə qalib gəlib və Dünya çempionatının bürünc medalına sahib olub. 

59 kq
1/16 final - Taleh Məmmədov - Yasin Ozay (FRA) 3:2
1/8 final - Taleh Məmmədov - Deniz Menekse (GER) 6:3
1/4 final - Taleh Məmmədov - Həmid Sorian (İRİ) 0:3
Təsəlliverici görüş - İsmael Borrero (CUB) - Taleh Məmmədov 4:2

71 kq
1/16 final - Rəsul Çunayev - Noritomo Eto (JPN) 8:0
1/8 final - Rəsul Çunayev - Castin Lester (USA) 9:7
1/4 final - Rəsul Çunayev - Yunus Özel (TUR) 1:4
Təsəlliverici görüş - Rəsul Çunayev - İonel Puskasu (ROU) 9:1
Bürünc medal görüşü - Rəsul Çunayev - Varşam Boranyan (ARM) 11:0

98 kq
1/16 final - Cenk İldem (TUR) - Şalva Qadabadze 2:0

Xatırladaq ki, yunan-Roma yarışlarının ilk günündə Saman Təhmasibi gümüş və Elvin Mürsəliyev bürünc medal qazanıb. Həsən Əliyev isə, çempionatı beşinci sırada tamamlayıb.

Ümumilikdə, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız komanda hesabında Dünya çempionatını 4-cü sırada tamamlayıb.



Oxu 5827 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW