AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.09.2014 09:43

DÇ-2014: Həsən Əliyev beşinci oldu / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(6 səs)
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir.

Çempionatın altıncı günündə 66, 80 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb.

66 kq çəki dərəcəsində Dünya və Avropa çempionu Həsən Əliyev yarımfinala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb. O, ardıcıl olaraq Finlandiyadan Tero Valimaki, Hindistandan Sandip Yadav, Yaponiyadan Hideyuki Otoizumi və Gürcüstan güləşçisi Revaz Laxşini məğlub edib. Yarımfinalda Serbiya güləşçisi Davor Stefaneklə gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb. Həsən Əliyev bürünc medal uğrunda görüşə çıxıb. Ancaq güləşçimiz uduzaraq Dünya çempionatını 5-ci sırada tamamlayıb.

66 kq
1/32 final - Həsən Əliyev - Tero Valimaki (FİN) 4:0
1/16 final - Həsən Əliyev - Sandip Yadav (İND) 6:5
1/8 final - Hideyuki Otoizumi (JPN) - Həsən Əliyev 0:6
1/4 final - Revaz Laşxi (GEO) - Həsən Əliyev 0:5
1/2 final - Davor Stefanek (SRB) - Həsən Əliyev 5:3
Bürünc medal görüşü - Edqaras Venkaitis (LTU) - Həsən Əliyev 4:0

80 kq
1/16 final - Emin Əhmədov - Rüstəm Sultanov (UZB) 5:2
1/8 final - Aleksandr Kazakeviç (LTU) - Emin Əhmədov 2:0

130 kq
1/8 final - Sabah Şəriəti - Maqnus Euren (SWE) 2:2*

Xatırladaq ki, yunan-Roma yarışlarının ilk günündə Saman Təhmasibi gümüş və Elvin Mürsəliyev bürünc medal qazanıb.



Oxu 2839 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2