AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
10.09.2014 00:56

DÇ-2014: Hacı Əliyev qızıl, Xetaq Qazyumov gümüş medal qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(13 səs)
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı keçirilir.

Çempionatın ikinci günündə 61, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb. Sərbəst güləşçilərimiz Dünya çempionatını 1 qızıl və 1 gümüş medalla başa vurub.

61 kq çəki dərəcəsində son Avropa çempionu Hacı Əliyev mübarizəyə 1/16 finaldan qoşulub. Ukraynadan Vasil Şuptar, Polşadan Kristof Bienkovski və Moldovadan Andrey Perpelita üzərində inamlı qələbələr qazanan güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda güclü Kuba güləşçisi ilə gərgin keçən görüşü də öz xeyrinə başa vuran Hacı Dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə İran güləşçisi Məsud Mahmud Esmailpurjuybariyə heç bir şans verməyən güləşçimiz Dünya çempionu olub.

97 kq çəki dərəcəsində Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, Dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov inamla güləşib və finala finala yüksəlib. Finala qədər Moldovadan Nikolay Ceban, Gürcüstandan Elizbar Odikadze, Monqolustandan Xuderbulqa Dorjxandı, yarımfinalda isə London Olimpiadasının gümüş mükafatçısı Ukrayna güləşçisi Valeriy Andreetsevi mübarizədən kənarlaşdırıb. İkiqat Dünya çempionu olmaq üçün güləşçimiz Rusiya təmsilçisi Abdusalam Qadisovla final görüşünə çıxıb. Gərgin keçən görüş Rusiya təmsilçisinin xeyrinə başa çatıb. 

61 kq
1/16 final - Hacı Əliyev - Vasil Şuptar (UKR) 14:2
1/8 final - Kristof Bienkovski (POL) - Hacı Əliyev 0:10
1/4 final - Andrey Perpelita (MDA) - Hacı Əliyev 0:11
1/2 final - Hacı Əliyev - Yovlis Bonne (CUB) 4:2
FİNAL - Məsud Mahmud Esmailpurjuybari (İRİ) - Hacı Əliyev 7:12

65 kq
1/16 final - Məhəmməd Müslümov - Vilson Ndregjoni (ALB) 10:0
1/8 final - Məhəmməd Müslümov - Bazar Bazarquruyev (KGZ) 10:2
1/4 final - Mustafa Kaya (TUR) - Məhəmməd Müslümov 10:0

74 kq
1/16 final - Əşrəf Əliyev - Karmelo Lumia (İTA) 11:1
1/8 final - Alireza Afzalipaimami (İRİ) - Əşrəf Əliyev 4:6
1/4 final - Jumber Kvelaşvili (GEO) - Əşrəf Əliyev 9:5

97 kq
1/16 final - Nikolay Ceban (MDA) - Xetaq Qazyumov 0:6
1/8 final - Xetaq Qazyumov - Elizbar Odikadze (GEO) 2:1
1/4 final - Xuderbulqa Dorjxand (MGL) - Xetaq Qazyumov 0:6
1/2 final - Valeriy Andreetsev (UKR) - Xetaq Qazyumov 1:5
FİNAL - Abdusalam Qadisov (RUS) - Xetaq Qazyumov 2:1




Oxu 6858 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW