AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
10.08.2014 21:51

GDÇ-2014 son gün: Mircəlal Həsənzadə gümüş medal qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(13 səs)
Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb. 

Çempionatın son günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 gümüş medalla başa vurub.

55 kq çəki dərəcəsində Mircəlal Həsənzadə finala qədər inamlı güləşib. Ardıcıl olaraq Qazaxstan və Yaponiya güləşçilərini təmiz qələbə, Gürcüstan güləşçisini böyük hesabla üstələyən təmsilçimiz, yarımfinalda ABŞ idmançısı ilə gərgin keçən görüşü də qələbə ilə başa vurub. Finalda Mircəlal Həsənzadə Rusiya idmançısına minimal xal fərqi ilə uduzaraq Dünya çempionatının gümüş medalına sahib olub. 

84 kq çəkidə təmsilçimiz Nurməhəmməd Hacıyev Belarus, Gürcüstan və Rusiya güləşçilərini mübarizədən kənarlaşdırsa da, yarımfinalda Qazaxstan idmançısına uduzub. Güləşçimiz ABŞ idmançısı ilə bürünc medal uğrunda həlledici görüşə çıxmalı idi, ancaq güləşçimiz zədələndiyindən qələbə rəqibə verilib. Nurməhəmməd Hacıyev çempionatı 5-ci sırada tamamlayıb. 

55 kq
1/16 final - Vladimir Kurdin (KAZ) - Mircəlal Həsənzadə 4:10 (təmiz qələbə)
1/8 final - Mircəlal Həsənzadə - İssei Oşiro (JPN) 3:0 (təmiz qələbə)
1/4 final - Giorgi Lejava (GEO) - Mircəlal Həsənzadə 0:10
1/2 final - Gilman Thomas (USA) - Mircəlal Həsənzadə 2:5
FİNAL - Azmet Tuskaev (RUS) - Mircəlal Həsənzadə 4:3

66 kq
1/16 final - Aren Alekyan (ARM) - Murad Süleymanov 0:6 (görüşün videosu bir azdan saytımıza yüklənəcək)
1/8 final - Haydar Yavuz (TUR) - Murad Süleymanov 10:16
1/4 final - Murad Süleymanov - Rəsul Arsanaliyev (RUS) 5:8 (güləşçimiz zədələndiyindən görüşü davam etdirə bilməyib)

84 kq
1/16 final - Nurməhəmməd Hacıyev - Dzianis Kramiankov (BLR) 12:2
1/8 final - Nurməhəmməd Hacıyev - Giorgi Çkartişvili (GEO) 14:4
1/4 final - Nurməhəmməd Hacıyev - Hacı Rəcəbov (RUS) 5:2
1/2 final - Azamat Dauletbekov (KAZ) - Nurməhəmməd Hacıyev 8:1
Bürünc medal görüşü - Dean Gabe (USA) - Nurməhəmməd Hacıyev 5:0 (güləşçimiz zədələndiyindən qələbə rəqibə verilib)

120 kq
1/16 final - Akbar Yelibaylu (KAZ) - Oyan Nəzəriani 3:13
1/8 final - Gennadi Cudinoviç (GER) - Oyan Nəzəriani 3:12
1/4 final - Oyan Nəzəriani - Adam Coon (USA) 2:8

Xatırladaq ki, sərbəst güləş yarışlarında ilk gün Məhəmmədhacı Muxutov (74 kq) gümüş və Vurğun Əliyev (60 kq) bürünc qazanıb. 




Oxu 6811 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW