AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
20.07.2014 23:26

YDÇ-2014: Teymur Məmmədov dünya çempionu oldu

  • Çap
  • Email
Materialı qiymətləndirin
(12 səs)
Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başa çatıb.

Çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində yeniyetmə sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurub. 

Sərbəst güləş yarışlarının ilk günündə güləşçilərimiz 1 qızıl və 2 gümüş medal qazanıb. Komanda hesabında yığmamız Dünya çempionatını 5-ci sırada tamamlayıb.

63 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Belarus, Qazaxstan, Yaponiya və Hindistan güləşçilərini mübarizədən kənarlaşdıran Teymur finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rusiya idmançısı olub. Rəqibinə şans verməyən Teymur Məmmədov qələbə qazanmaqla dünya çempionu adına layiq görülüb.

46 kq
1/8 final - Şahin Əlifzadə - Cabbar Düyüm (TUR) 3:3*

54 kq
1/16 final - Mahal Novruzov - Ravi Kumar (İND) 5:0 (təmiz qələbə)
1/8 final - Mahal Novruzov - Joji Nagata (JPN) 11:9
1/4 final - Mahal Novruzov - Naim Mikyay (BUL) 9:15

63 kq
1/16 final - Teymur Məmmədov - Dmitri Naunika (BLR) 10:0
1/8 final - Dair Ussen (KAZ) - Teymur Məmmədov 0:10
1/4 final - Teymur Məmmədov - Taro Umobayaşi (JPN) 6:4
1/2 final - Jasbir Jasbir (İND) - Teymur Məmmədov 0:6
FİNAL - Elbrus Vəliyev (RUS) - Teymur Məmmədov 2:7

76 kq
1/16 final - Hacımurad Məhəmmədsəidov - Soslanbek Lavoev (RUS) 3:9

100 kq
1/8 final - İqbal Hacızadə - Dmitri Ceacusta (MDA) 5:5*


Oxu 2180 dəfə
Tweet

Comments   

 
0 #2 hayedr maliky 2014-07-22 03:47
:lol:
Quote
 
 
0 #1 hayedr 2014-07-22 03:45
:lol:
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2