AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
22.09.2013 23:29

DÇ-2013 son gün: Həsən Əliyev beşinci oldu / FOTO-VİDEO

Materialı qiymətləndirin
(20 səs)
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı davam edir. Yarışların son günündə yunan-Roma güləşi üzrə 66, 74 və 120 kq çəkidə idmançılar mübarizəyə qoşulub.

66 kq -da 1/32 finaldan mübarizə başlayan Dünya və Avropa çempionumuz Həsən Əliyev yarımfinala qədər inamla irəliləyib. Buna qədər Xorvatiya, Qırğızıstan, Türkiyə və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Xüsusilə London Olimpiya Oyunlarının gümüş mükafatçısı olan macar güləşçisi ilə keçən görüş çox gərgin olub. Pekin Olimpiya Oyunlarının qalibi İslambek Albiyevlə yarımfinal görüşündə məğlub olan Həsən Əliyev bürünc medal uğrunda görüşə çıxıb. Ancaq güləşçimiz rəqibinə məğlub olub və Dünya çempionatını beşinci sırada tamamlayıb.  

1/32 final - Dominik Otlinger (CRO) - Həsən ƏLİYEV (0:3)
1/16 final - Ruslan Tiumenbayev (KGZ) - Həsən ƏLİYEV (0:7)
1/8 final - Həsən  ƏLİYEV - Yüksel Atakan (TUR) (3:1)
1/4 final - Tamas Lorincz (HUN) - Həsən ƏLİYEV (2:5)
1/2 final - İslambek Albiyev (RUS) - Həsən ƏLİYEV (10:1)
Bürünc medal görüşü - Frank Staebler (GER) - Həsən ƏLİYEV (4:2)

74 kq  çəkidə təmsilçimiz Rafiq Hüseynov ardıcıl olaraq Serbiya və Xorvatiyadan olan rəqiblərini məğlub etsə də, Türkiyə təmsilçisi ilə görüşdən məğlub ayrılıb. Rəqibin yarımfinalda uduzması ilə güləşçimiz bürünc medal şansını da itirib. 

1/32 final - Viktor Nemes (SRB) - Rafiq HÜSEYNOV (1:6)
1/16 final - Neven Zugaj (CRO) - Rafiq HÜSEYNOV (3:8)
1/8 final - Rafiq HÜSEYNOV - Emrah Kuş (TUR) (1:3)

120 kq  çəkidə Zaur Mehrəliyev mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşündə London Olimpiya Oyunlarının gümüş mükafatçısına məğlub olsa da, rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşə qatılmaq imkanı verib. Ancaq güləşçimiz bu imkanı dəyərləndirə bilməyib.

1/8 final - Zaur MEHRƏLİYEV - Heiki Nabi (EST) (0:3)
Təsəlliverici görüş - Kamil Blonski (POL) - Zaur MEHRƏLİYEV (4:0)



























Oxu 5592 dəfə
Tweet
Bu kateqoriyada digər materiallar « DÇ-2013 altıncı gün: Saman gümüş, Şalva bürünc qazandı / FOTO-VİDEO Yeniyetmə güləşçilərin Dünya çempionatı başlayır / HEYƏT »

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2