AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
21.09.2013 14:43

DÇ-2013 altıncı gün: Saman gümüş, Şalva bürünc qazandı / FOTO-VİDEO

Materialı qiymətləndirin
(13 səs)
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı davam edir. Yarışların altıncı günündə yunan-Roma güləşi üzrə 60, 84 və 96 kq çəkidə idmançılar mübarizəyə qoşulub.

60 kq  çəkidə mübarizə aparan Kamran Məmmədov ilk görüşündə Koreya güləşçisini uduzub və mübarizəni erkən dayandırıb.

1/16 final - Seung Jae Vu (KOR) - Kamran MƏMMƏDOV (4:0)

84 kq -da mübarizə aparan Saman Təhmasibi finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Almaniya, Macarıstan, Gürcüstan və Finlandiyadan olan rəqiblərini üstələyən güləşçimiz, finalda İran təmsilçisi ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüşdə İran güləşçisi üstün olub, Saman Təhmasibi gümüş medal qazanıb. 

1/16 final - Saman TƏHMASİBİ - Yevgen Ponamarçuk (GER) (4:0)
1/8 final - Viktor Lorincz (HUN) - Saman TƏHMASİBİ (0:5)
1/4 final - Georgi Tsirekidze (GEO) - Saman TƏHMASİBİ (0:7)
1/2 final - Saman TƏHMASİBİ - Rami Hietaniemi (FIN) (6:1)
FİNAL - Taleb Nemətpur (IRI) - Saman TƏHMASİBİ (5:3)

96 kq -da Şalva Qadabadze ardıcıl olaraq Çexiya, Norveç və Belarusdan olan rəqiblərini üstələyib. Yarımfinalda Rusiya təmsilçisinə məğlub olan güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Gərgin keçən görüşü qələbə ilə başa vuran güləşçimiz Dünya çempionatının bürünc medalını qazanıb. 

1/16 final - Şalva QADABADZE - David Vala (CZE) (5:0)
1/8 final - Hamlet Nielsen (NOR) - Şalva QADABADZE (0:1)
1/4 final - Aleksandr Hrabovik (BLR) - Şalva QADABADZE (0:1)
1/2 final - Şalva QADABADZE - Nikita Melnikov (RUS) (0:3)
Bürünc medal görüşü - Norikatsu Saikava (JPN) - Şalva QADABADZE (1:2)






Oxu 6733 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2