AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
fb tw vaz yt
02.08.2013 11:13

Yeniyetmə güləşçilər Dünya çempionatına hazırlığın son mərhələsində

  • Çap
  • Email
Materialı qiymətləndirin
(6 səs)
20-25 avqust 2013-cü il tarixdə Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilər arasında Dünya çempionatı keçiriləcək. Güləş üzrə yığma komandalarımız çempionata hazırlığı davam etdirir.

Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda bu gündən etibarən İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayır. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında yığma komandanın 20 üzvünün cəlb edildiyi təlimlər avqustun 17-dək davam edəcək.

Yeniyetmə sərbəst güləşçilər isə avqustun 6-dan etibarən Qusar Olimpiya İdman Kompleksində taktika və texnikanın təkmilləşdirilməsi üzrə növbəti təlim-məşq toplanışına başlayacaq. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Rövşən Hacıyev və Marian Stoyevin rəhbərlik etdiyi təlim-məşq toplanışında 22 güləşçi iştirak edəcək. Təlim-məşq toplanışı avqustun 20-dək davam edəcək.

Yeniyetmə qızlardan ibarət komandanın 5 üzvü məşqçi Rövşən Süleymanovun rəhbərliyi altında Ukraynanın Krivoy-Roq şəhərində birgə təlim-məşq toplanışındadır. İyulun 22-də başlayan təlimlər avqustun 5-də başa çatacaq.

Oxu 951 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2