AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
fb tw vaz yt
17.08.2012 13:35

Bakıda yeniyetmələrin dünya çempionatı keçiriləcək

Materialı qiymətləndirin
(0 səs)
Avqustun 21-27-də Bakıda yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi dünya çempionatı keçiriləcək. Yarışda dünyanın 40-a yaxın ölkəsinin idmançılarının iştirakı gözlənilir.

Xatırladaq ki, yarış 12 illik fasilədən sonra FİLA tərəfindən ötən ildən etibarən bərpa olunub və Macarıstanın ardınca, Azərbaycan da bu dünya çempionatını keçirmək hüququna yiyələnib. Yeganə fərq ölkəmizin həm də çimərlik güləşi üzrə yarışları da qəbul etməsi olacaq.

Dünya çempionatının proqramına əsasən, avqustun 21-22-də sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Avqustun 23-24-də yeniyetmə qızlar arasında çempionlar məlum olacaq. Yunan-Roma güləşçiləri döşək üzərinə avqustun 25-26-da çıxacaqlar. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq dünya çempionatı 10 çəki dərəcəsində keçiriləcək.

Və nəhayət, avqustun 27-də “Crescent Beach”-də çimərlik güləşi yarışları keçiriləcək. Çimərlik güləşi yarışlarında sərbəst güləş üzrə oğlanların mübarizəsində 3, yeniyetmə qızların mübarizəsində isə 2 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Proqrama əsasən, yarışlar həftə içi hər gün saat 14.00-da, şənbə və bazar günü isə saat 10.00-da başlayacaq.


Oxu 3051 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2