AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
fb tw vaz yt
17.09.2011 20:11

Dünya çempionatında altıncı gün: Şərif Şərifov dünya çempionu oldu / FOTO

Materialı qiymətləndirin
(0 səs)

Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı davam edir. Yarışların altıncı günündə daha 3 güləşçimiz medal və London olimpiadasına lisenziya qazanmağa çalışıb.

Zəlimxan Hüseynov (60 kq) startda (1/32 final) litvalı Vitas Çumakova qalib gəlməliydi ki, buna da nail olub - 7:1, 3:0. Növbəti mərhələdə isə o, türkiyəli güləşçi Ersan Çətin üzərində qələbəyə sevinib - 1:0, 0:2, 5:0. Onun 1/8 finaldakı rəqibi Fenqom Qao (Çin) idi. Zəlimxan çətinliklə də olsa, bu rəqbini də yenib - 1:4, 5:0, 6:4. Yarımfinala çıxmaqla London olimpiadasına lisenziya qazanmaq üçün Puerta Rikalı Franklin Matosa qalib gəlmək lazım olsa da, Hüseynov bunu bacarmayıb - 1:0, 0:1, 1:2. Amma, Matosun finala çıxması Hüseynova yenidən medal və lisenziya qazanmaq şansı verib. Zəlimxan Hüseynov gürcü Malxaz Zarkua ilə görüşdən də məğlub ayrılıb və lisenziya qazana bilməyib.

84 kq-da yarışan Şərif Şərifov ilk döyüşünü Cənubi Koreyadan olan Çan Uk Yuna qarşı keçirib və qələbə qazanıb - 6:0, 2:0. Şərifovun növbəti mərhələdəki rəqibi Kael Sanderson (ABŞ) idi ki, o, bu rəqibini də məğlub etməyi bacarıb - 3:1, 4:1. 1/8 finaldakı rəqib Ernek Baydauşov da Şərifə problem yarada bilməyib - 3:0, 3:0. Yarımfinala çıxmaq və olimpiadaya lisenziyanı rəsmiləşdirmək üçün İran güləşçisi Əlirza Qudarzini məğlub etmək lazım idi ki, Şərifov buna nail olub - 2:1, 3:1. Beləliklə də o, komandamıza 4-cü lisenziyanı qazandırıb. Finala çıxmaq üçün Şərif rusiyalı Albert Saritovu məğlub etməliydi. O, bunu da bacarıb - 3:1, 4:3. Həlledici görüşdə isə rəqib ukraynalı İbrahim Aldatov olub. Rəqibinə heç bir şans verməyən (1:0, 2:0) Şərif Şərifov dünya çempionu adını qazanıb.

Xetaq Qazyumov (96 kq) isə startda ukraynalı Alen Zaseyevlə üz-üzə gəlib və qələbə qazanıb - 1:0, 3:0. Bu uğuru növbəti mərhələdə Belarus idmançısı Ruslan Şeyxov üzərində də təkrarlamaq lazım idi. Amma güləşçimiz bu görüşdə uduzub - 0:1, 0:2. O, belaruslu güləşçinin finala çıxmaması ilə mübarizəni dayandırıb.

Xatırladaq edək ki, ilk 5 gündə mübarizə aparan idmançılarımızdan Rövşən Bayramov (55 kq) qızıl medal və lisenziya qazanıb. 84 kq-da yarışan Saman Təhmasibi London olimpiadasına lisenziya əldə edib. 48 kq-da yarışan Mariya Stadnik həm lisenziya, həm də gümüş medal qazanıb. Patimat Baqomedova (51 kq) və Sona Əhmədli (59 kq) isə bürünc medal qazanıb.

Oxu 1288 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2