AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
20.09.2009 05:00

Danimarkanın Herninq şəhərində FİLA-nın toplantısı keçirilib

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)

Bu gün Danimarkanın Herninq şəhərində Beynəlxalq Güləş Federasiyasının (FİLA) toplantısı keçirilib. Toplantıda FILA-nın qaydalara etdiyi yeni dəyişikliklər, qaydalar barədə müzakirələr aparılıb.

Daha sonra 2010-cu ildə  güləş üzrə beynəlxalq yarışların, çempionatların keçiriləcəyi ölkələrin hazırlığından bəhs edən təqdimatlar olub. Toplantı zamanı 2010-cu ildə Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq barədə AGF-nin Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov məlumat verib. Azərbaycanın bu cür mötəbər beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazır olduğunu bildirib və bu günə qədər Bakıda keçirilən bütün beynəlxalq yarışların FİLA tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Daha sonra AGF tərəfindən hazırlanmış “Azərbaycan” filminin təqdimatı olub. 

Qeyd edək ki, filmdə  ölkə təbiətinin füsunkarlığı, turizm imkanlarından bəhs edən və  paytaxt Bakının əsrarəngiz görüntülərinə  yer verilib. Pəhləvanlarımızın dünya miqyaslı yarışlarda əldə etdiyi qələbələr, ev sahibi olduğumuz beynəlxalq idman oyunlarından söz açılıb. 

Toplantı zamanı  FİLA-nın və digər ölkələrin nümayəndə heyətlərinə  ölkəmizin tarixi, turizmi, mədəniyyəti, incəsənəti, mətbəxindən bəhs edən, AGF-nin fəaliyyətindən, pəhləvanlarımızın bu günə qədər qazandığı medallardan və Dünya çempionatında iştirak edən güləşçilərimiz haqqında məlumatların yer aldığı kitabçalar, multimedia materialları paylanıb.

 

Oxu 4009 dəfə
Tweet
Bu kateqoriyada digər materiallar « Gənclərimiz Dünya birinciliyində iştirak edəcək Dünya birinciliyində ilk gün: 2 qızıl medal »

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW