AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
06.12.2017 10:19

Gənc güləşçilər "Şəhidlər Kuboku"nda beşinci oldu

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında  "Şəhidlər Kuboku" ("Martyrs Cup") beynəlxalq turniri keçirilib.

Komanda yarışı xarakterli turnirdə sərbəst və yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız iştirak edib.

Yunan-Roma güləşi yarışlarında Azərbaycan güləşçiləri ilə yanaşı, İranın 5 komandası, Gürcüstan, Qırğızıstan, Liviya, Rusiya, Suriya, Türkiyə və Ermənistan komandaları mübarizə aparıb. Dörd qrup üzrə keçirilən yarışda yığmamız Rusiya və Ermənistan komandaları ilə qarşılaşıb. Ermənistana qalib gələn yığmamız Rusiya ilə görüşü məğlub başa vurub. Daha sonra Gürcüstan güləşçilərinə də qalib gələn yığmamız 5-ci yer uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə İran komandası ilə qarşılaşan güləşçilərimiz ümumi hesabda 6:4 qalib gəlib və turniri beşinci sırada tamamlayıb.

Sərbəst güləş yarışlarında isə yığmamız Belarus və Ermənistan komandaları ilə bir qrupda mübarizə aparıb. Qrup görüşlərindən birini qalib gəlib, digərini uduzan güləşçilərimiz növbəti görüşdə Türkiyə yığmasını məğlub edib. Bu nəticəylə komandamız beşinci yer uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə İran komandasına da 7:3 hesabı ilə qalib gələn sərbəst güləşçilərimiz turniri beşinci sırada tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib. 

Oxu 627 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW