AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
20.11.2017 11:03

Güləşçilərimiz "Day of Children" beynəlxalq turnirində iştirak edəcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
21-25 noyabr 2017-ci il tarixdə İran İslam Respublikasının paytaxtı Tehranda kiçik yaşlı yeniyetmə güləşçilər arasında "Day of children" beynəxalq turniri keçiriləcək.

Komanda yarışı xarakterli turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edəcək.

Məşqçilər Namiq Quliyev və Mehman Nəcəfovun rəhbərliyi altında mübarizə aparacaq sərbəst güləş yığmamızın heyətində Rəşad Ağayev (32 kq), Murad Məmmədzadə (35 kq), Heydər Nuriyev (38 kq), Fəqan Mirzəyev (42 kq), Ruslan Şıxıyev (47 kq), Məhəmmədəli Quliyev (53 kq), Sabir Cəfərov (59 kq), Varis Mehdizadə (66 kq), Valeh Həmidov (73 kq) və Cəfərsadiq Muradlı (85 kq) yer alıb.

Noyabrın 24-25-də məşqçilər İslam Cəfərov və Fuad Əliyevin rəhbərliyi altında yunan-Roma güləşçilərimiz Rahim Həsənov (32 kq), Emil Əliyev (35 kq), Rəşad Həsənli (38 kq), Cavidan Məmmədli (42 kq), Qurban Qurbanov (47 kq), Elmir Əliyev (53 kq), Əli Əliyev (59 kq), Rauf Əliyev (66 kq), Eldar Məmmədov (73 kq) və Laçın Vəliyev (85 kq) turnirə qoşulacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev təmsil edəcək. 

 
Oxu 1633 dəfə
Tweet

Comments   

 
0 #1 Rahim Hesenov 2017-11-21 21:05
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW