AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
20.11.2017 10:51

"Alans" beynəlxalq turnirindən 1 gümüş və 1 bürünc medal / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Rusiya Federasiyasının Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Alans" beynəlxalq turniri keçirilib.

Baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub.

97 kq çəkidə yarışan Şərif Şərifov finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. Finalda yerli idmançı Vladislav Baytsayevlə gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Sonuncu xalı qazandığından qələbə rəqibə verilib və təmsilçimiz gümüş medalla kifayətlənib.

57 kq çəkidə yarışan Georgi Edişeraşvili isə turnirin bürünc medalına sahib olub.

Hakim kimi görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edib. I-S kateqoriyalı hakim Hicran Şərifov isə Dünya Güləş Birliyinin qərarına əsasən hakim-instruktor kimi turnirin gedişinə nəzarət edib. 


Oxu 392 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW