AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
16.11.2017 09:53

Sərbəst güləşçilərimiz Vladiqafqazda beynəlxalq turnirdə iştirak edəcək

Materialı qiymətləndirin
(1 Səs)
18-19 noyabr 2017-ci il tarixdə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Alans" beynəlxalq turniri keçiriləcək.

Baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə yığma komandamızın 8 üzvü mübarizə aparacaq. Heyətdə Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Ağahüseyn Mustafayev (65 kq), Məhəmməd Müslümov, Ruslan Dibirhacıyev (hər ikisi 70 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov və Aslanbek Alborov (hər ikisi 97 kq) yer alıb.

I-S kateqoriyalı hakim Hicran Şərifov Dünya Güləş Birliyi tərəfindən hakim-instruktor təyin edilib və  turnirin gedişinə nəzarət edəcək. Görüşlərin idarə edilməsində isə ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edəcək.

Turnirin proqramına əsasən, noyabrın 18-də 57, 65, 74 və 97 kq çəkidə, noyabrın 19-da isə 61, 70, 86 və 125 kq çəkidə pəhləvanlar arasında qaliblər müəyyənləşəcək.

Oxu 1363 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW