AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.11.2017 10:24

Avropa Millətlər Kubokunda sərbəstlər ikinci, qadınlar üçüncü oldu / FOTO-VİDEO

Materialı qiymətləndirin
(1 Səs)
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turniri keçirilib. Yarışda sərbəst və qadın güləşi üzrə yığma komandamız mübarizə aparıb.

Sərbəst güləşçilərimiz turnirdə Rusiya, Gürcüstan və Moldova yığmaları ilə yarışıb. Gürcüstan və Moldova yığmaları üzərində 7:1 hesablı qələbə qazanan güləşçilərimizin sonuncu qarşılaşması Rusiya ilə olub. Buna qədər isə Rusiya komandası da hər iki görüşü qələbə ilə başa vurub. Final xarakteri daşıyan Rusiya-Azərbaycan qarşılaşması 5:3 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatıb. Azərbaycan yığması isə turniri ikinci sırada tamamlayıb.

7 idmançı ilə turnirdə iştirak edən qadın güləşçilərimiz Rusiya, Ukrayna və Rumıniya güləşçiləri ilə yarışıb. 8 çəki dərəcəsində keçirilən yarışda qadın güləşçilərimiz ilk olaraq Rumıniya yığması ilə qarşılaşıb. 4:4 hesablı bərabərlik qeydə alınan görüş rəqibin üstünlüyü ilə başa çatıb. Ardınca Ukrayna yığmasını 5:3 hesabı ilə məğlub edən güləşçilərimiz son görüşdə Rusiyaya uduzub və turniri üçüncü sırada tamamlayıb. 








Oxu 2589 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW