AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
30.10.2017 17:29

Sərbəst güləşçilərimiz Rusiyadan 1 qızıl və 1 bürünc medalla qayıdır

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Ötən həftə sonu Rusiya Federasiyasının Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə "Yuqra Kuboku" beynəlxalq turniri keçirilib.

Rusiya, Almaniya, Macarıstan, İsrail, Qazaxıstan, Tacikistan, Türkiyə, Tunis, Ukrayna, Qırğızıstan və Ermənistan pəhləvanları ilə birgə turnirdə iştirak edən sərbəst güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb.

Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Aleksandr Qostiyev (86 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Təmsilçimiz ardıcıl olaraq Rusiya idmançıları Batırbek Çakulov, Artur Xaçatryan, finalda isə Zaur Makiev üzərində inamlı qələbə qazanıb.

Bürünc medalı isə yığmamıza 57 kq çəkidə mübarizə aparan Mahir Əmiraslanov qazandırıb. Həlledici görüşdə güləşçimiz Rusiya idmançısı İsmail Qadjiyevdən üstün olub.

Komanda hesabında yığmamız Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə Qazaxıstan komandası tutub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib. 


Oxu 1277 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW