AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
16.10.2017 11:50

Xasavyurtdan 2 qızıl, 1 gümüş və 1 bürünc medal / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 9-cu “Qitələrarası Kubok” beynəlxalq turniri keçirilib. 

Güləşçilərimiz turniri  2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. 

65 kq-da yarışan Ağahüseyn Mustafayev və 97 kq-da mübarizə aparan Aslanbek Alborov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatına layiq görülüb. 

Yalnız final görüşündə uduzan Cəmaləddin Məhəmmədov (125 kq) gümüş medalla kifayətlənib. 

Bürünc medalı isə yığmamıza 125 kq çəkidə mübarizə aparan digər təmsilçimiz Səid Həmidov qazandırıb. 

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev təmsil edib. 








Oxu 769 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW