AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
10.07.2017 09:19

Əli Əliyevin xatirə turnirindən 2 qızıl, 2 gümüş və 4 bürünc medal / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 48-ci beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb. 

Keçirdikləri bütün görüşləri qələbə ilə başa vuran Mahir Əmiraslanov (57 kq) və Aslanbek Alborov (97 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb və turnirin qızıl medalını qazanıb. 

Yalnız final görüşündə uduzan Ağahüseyn Mustafayev (65 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş medalla kifayətlənib. 

Bürünc medalları isə yığmamıza Georgi Edişeraşvili, Pərviz İbrahimov (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq) və Məhəmməd Müslümov (65 kq) qazandırıb. 











Oxu 1963 dəfə
Tweet

Comments   

 
0 #1 Jean 2017-07-26 03:28
Thanks for sharing your thoughts. I truly appreciate your efforts and I am waiting for your further write
ups thanks once again.

My page Www.5Ijjh.Cn: http://Www.5ijjh.cn/space.php?uid=13134&do;=blog&id;=860810
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW