AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.06.2017 10:51

Gürcüstanda keçirilən turnirdən daha 1 qızıl və 1 gümüş medal / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir başa çatıb. Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda turnirdə iştirak edib.

Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında yarışlarda iştirak edən güləşçilərimiz ikinci yarış günündə 1 qızıl və 1 gümüş medal qazanıb. 

Qızıl medalı yığmamıza bütün rəqiblərindən üstün olan Nihat Məmmədli (46 kq) qazandırıb. Finalda komanda yoldaşına uduzan Həsrət Cəfərov isə gümüş medalla kifayətlənib. 

Beləliklə, iki gün davam edən turniri güləşçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edib. 

Məlumat üçün bildirək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı 24-30 iyulda Bosniya və Hersoqovinada, Dünya çempionatı isə 4-10 sentyabrda Yunanıstanda baş tutacaq. 


Oxu 1156 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW