AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
02.06.2017 11:22

Yeniyetmə güləşçilər Dünya çempionunun şərəfinə turnirdə yarışacaq

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
6-7 iyun 2017-ci il tarixdə Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçiriləcək. Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda turnirdə iştirak edəcək.

Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında Gürcüstana 10 güləşçimiz yollanacaq. Yarışda ölkəmizi Həsrət Cəfərov (42 kq), Zaur Əliyev, Nihat Məmmədli (hər ikisi 46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq), Ruslan Hədisov (63 kq), Fikrət Vəliyev (76 kq), Elşən Eyyubzadə (85 kq) və Sərxan Məmmədov (100 kq) təmsil edəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edəcək.

Məlumat üçün bildirək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı 24-30 iyulda Bosniya və Hersoqoviniyada, Dünya çempionatı isə 4-10 sentyabrda Yunanıstanda baş tutacaq. 


Oxu 1442 dəfə
Tweet

Comments   

 
0 #1 nicat 2017-06-06 15:18
Bəzi güləşçilərin adı yoxdur.
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW