AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.04.2017 14:37

Yeniyetmə qızlar İzmirdə qüvvələrini sınayacaq / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
28-30 aprel 2017-ci il tarixdə Türkiyə Respublikasının İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçiriləcək. 

Hər üç növdə keçiriləcək turnirdə qızlardan ibarət yığma komandamızın üzvləri iştirak edəcək. Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında qonşu respublikaya 10 güləşçimiz yollanıb. Heyətdə Şahanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Yasəmən Məcidli (43 kq), Aynur Camalova (46 kq), Birgül Soltanova (49 kq), Sevinc Əhədova, Alina Zakoyeva (hər ikisi 52 kq), Jalə Əliyeva (56 kq), Elnurə Məmmədova (60 kq) və Nigar Mirzəzadə (65 kq) yer alıb.

Məlumat üçün bildirək ki, aprelin 21-dən Türkiyəyə yollanan yığma komandanın üzvləri Bursa şəhərində bu ölkənin yığması ilə birgə təlim-məşq toplanışında iştirak edir. 

Turnirin proqramına əsasən, 38, 46, 56, 65 kq çəkidə idmançılar ilk yarış günündə qüvvəsini sınayacaq. Aprelin 29-da 40, 49, 60 kq, son yarış günündə isə 43, 52 və 70 kq çəki dərəcəsində yeniyetmə qızlar mübarizə aparacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edəcək.


Oxu 2823 dəfə
Tweet

Comments   

 
0 #3 Rovsen 2017-04-28 08:16
:D :lol: :-)
Quote
 
 
0 #2 etginlesmis@gmail.co 2017-04-28 08:13
:lol:
Quote
 
 
0 #1 etginlesmis@gmail.co 2017-04-28 08:13
:D
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW