AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.03.2017 20:59

Gənc sərbəst güləşçilərimiz Yakutskdan 1 gümüş və 1 bürünc medalla qayıdır / FOTO

Materialı qiymətləndirin
(1 Səs)
Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 5-ci beynəlxalq turnir keçirilib.

Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında mübarizə aparan gənc güləşçilərimiz turniri 1 gümüş və 1 bürünc medalla başa vurub.

Yalnız final görüşündə uduzan Asxab Həmzətov (96 kq) gümüş medalla kifayətlənib. 74 kq-da yarışan Abubakr Abakarov isə turnirin bürünc medalına sahib olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edib.


Oxu 1296 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW