AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
03.03.2017 11:59

Kiyevdə turnirində ilk gün 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq / FOTO-VİDEO

Materialı qiymətləndirin
(2 səs)
Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir keçirilir. 

Turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edir.

İlk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 97 kq, qadın güləşi üzrə 48, 55, 60, 69 kq çəkidə idmançılar mübarizə aparıb.

Qadın güləşi üzrə 48 kq çəkidə yarışan Türkan Nəsirova ardıcıl iki Ukrayna təmsilçisini üstələyərək finala yüksəlib. Finalda ABŞ idmançısına uduzan güləşçimiz turnirin gümüş medalına yiyələnib.

60 kq çəkidə mübarizə aparan Tatyana Omelçenko bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalını qazanıb. İlk görüşdə ABŞ təmsilçisi olan Olimpiya və Dünya çempionu Helen Maroulisi tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinalda Ukrayna, finalda isə daha bir ABŞ idmançısından üstün olub. 

Sərbəst güləş üzrə kişilərin yarışında 65 kq-da mübarizə aparan Gitinomaqomed Hacıyev Ukrayna və ABŞ təmsilçilərini üstələsə də, yarımfinalda Rumıniya idmançısına uduzub və bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Moldova idmançısına qalib gələn təmsilçimiz turnirin bürünc medalını qazanıb.

65 kq-da mübarizə aparan təmsilçimiz Məhəmməd Müslümov da bürünc medal qazanıb. Həlledici görüşdə o, Ukrayna idmançısını tam üstünlüklə məğlub edib.

Mircəlal Həsənzadə (57 kq) və Elis Manolova (69 kq) turniri 5-ci sırada tamamlayıb.

Beləliklə, güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Qızıl medalı Tatyana Omelçenko (60 kq), gümüş medalı Türkan Nəsirova (48 kq), bürünc medalları isə Gitinomaqomed Hacıyev və Məhəmməd Müslümov (hər ikisi 65 kq) boynundan asdırıb.

57 kq 
Bürünc medal görüşü
Mircəlal Həsənzadə - Reza Atrinagarçi (İRİ) 2:5
Təsəlliverici görüş 
Taras Markoviç (UKR) - Mircəlal Həsənzadə 4:5
1/4 final
Andrey Yatsenko (UKR) - Mircəlal Həsənzadə 2:0
1/8 final 
Mircəlal Həsənzadə - Armen Arakelian (UKR) 7:5
Pərviz İbrahimov - Reza Atrinagarçi (İRİ) 5:6

65 kq 
Bürünc medal görüşü 
Maksim Perpelisa (MDA) - Gitinomaqomed Hacıyev 0:5
Məhəmməd Müslümov - Andrey Kviatovskiy (UKR) 12:0
Təsəlliverici görüş 
Teymur Məmmədov - Maksim Perpelisa (MDA) 0:3
1/2 final 
Gitinomaqomed Hacıyev - Georgi Bucar (ROU) 1:12
1/4 final 
Gitinomaqomed Hacıyev - Evan Hedderson (USA) 10:4
Gor Ogannesyan (UKR) - Məhəmməd Müslümov 12:8
1/8 final
Morteza Qiyasi (İRİ) - Məhəmməd Müslümov 0:4
Andrey Svirid (UKR) - Gitinomaqomed Hacıyev 2:8
Teymur Məmmədov - Georgi Bucar (ROU) 1:3
               48 kq 
FİNAL 
Viktoriya Antoni (USA) - Türkan Nəsirova 10:0
1/2 final
Türkan Nəsirova - Yevgeniya Pavlova (UKR) 10:0
1/4 final 
Oksana Livac (UKR) - Türkan Nəsirova 2:3

55 kq
Təsəlliverici görüş 
Rim Ayari (TUN) - Solmaz Həşimzadə 11:0
1/4 final 
Tetyana Kit (UKR) - Alyona Kolesnik 4:1
İrina Kuraçkina (BLR) - Solmaz Həşimzadə 2:1
1/8 final 
Solmaz Həşimzadə - Mariya Holub (UKR) 7:0

60 kq
FİNAL
Alli Ragan (USA) - Tatyana Omelçenko 2:5
1/2 final
İrina Koliadenko (UKR) - Tatyana Omelçenko 0:8
1/4 final 
Tatyana Omelçenko - Helen Maroulis (USA) 5:0 tuşe

69 kq
Bürünc medal görüşü 
Elis Manolova - Aline Focken (GER) 0:7
1/4 final 
Alla Çerkasova (UKR) - Elis Manolova 4:2



 

 



Oxu 3495 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW