AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
01.03.2017 11:31

Gənc sərbəst güləşçilərimiz Olimpiya çempionunun xatirə turnirində yarışacaq

Materialı qiymətləndirin
(3 səs)
4-5 mart 2017-ci il tarixdə Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 5-ci beynəlxalq turnir keçiriləcək. 

Turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayacaq. Yığma komandanın məşqçisi Rövşən Hacıyein rəhbərliyi altında turnirə Şahin Muxtarov (50 kq), İntiqam Vəlizadə (55 kq), Rəşad Yusifli, Abubakr Abakarov (hər ikisi 74 kq) və Asxab Həmzətov (96 kq) yollanacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edəcək. 

Turnirin proqramına əsasən, martın 4-də 50, 60, 74 və 96 kq, martın 5-də isə 55, 66, 84 və 120 kq çəki dərəcəsində güləşçilər mübarizə aparacaq.
Oxu 1480 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW