AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.01.2017 13:33

Müşviq İsayevin xatirə turnirində ilk gün sərbəst güləşçilər yarışıb / FOTO

Materialı qiymətləndirin
(8 səs)
Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 20-ci beynəlxalq turnir keçirilir.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edir.

İlk yarış günündə 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəkidə sərbəst güləş üzrə 190 pəhləvan mübarizə aparıb. 

Turnirin açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən güləşə göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb. Bildirib ki, son illər Azərbaycanda idman sürətlə inkişaf edir. Sevindirici haldır ki, həmin növlər arasında güləş də özünəməxsus yer tutur.

Güləşin Azərbaycanda tarixən populyar idman növlərindən biri olduğunu deyən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev qeyd edib ki, dövlətimizin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər atletlərimiz yüksək nailiyyətlərə imza atıblar. Bununla yanaşı, respublikamızın idman sahəsində potensial imkanları da artmaqdadır.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev yarışın əhəmiyyətini yüksək qiymətləndirərək yeniyetmə pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışıb.

Çıxışlardan sonra güləşçilər medallar uğrunda mübarizə aparıb. Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və qiymətli hədiyyə ilə təltif edilib. Komanda hesabında Azərbaycan güləşçiləri birinci, Qazaxstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub və kubokla mükafatlandırılıb.

42 kq
1. Umidjon Jalalov (UZB)
2. Tofiq Əliyev
3. Ruslan Şıxıyev
3. Kənan Məmmədzadə
      46 kq
1. Elman Kadırseit (KAZ)
2. Mürşüd Hüseynov
3. Vacib Məmmədov
3. Arslan Rakimov (UZB)
     50 kq
1. Nurimbek Atabekuli (KAZ)
2. Jamşidbek Marufov (UZB)
3. Ramiz Həsənov
3. Tamerlan Əhmədov
54 kq
1. Daulet Temirjanov (KAZ)
2. Şahmurad Usuflu
3. Əsgər Məmmədəliyev
3. Fərid Əhmədov
  58 kq
1. Vüsal Hüseynov
2. Firuz Yaqubov (UZB)
3. Əlimuxtar Abbasov
3. Turan Bayramov
  63 kq
1. Bilal Tavayev (RUS)
2. Məhəmməd Nuriyev
3. Məhəmməd Əliyev
3. İxtiyor Nurmuradov (UZB)
69 kq
1. Davud İbrahimov
2. Ruhlan Məmmədov
3. Adilet Kabidulla (KAZ)
3. Səfər Hacıyev
  76 kq
1. İslam Əliyev
2. Fuad Mayılov
3. Elmar Cəlilov
3. Yusub Yusubov (RUS)
  85 kq
1. Sənan Əliyev
2. Murad Həsənov
3. Ayaz İsbayılov
3. Fərid İsrafilov
100 kq
1. Adəm İsmayılov
2. Aydın Əhmədov
3. Hamlet Nəsibli
3. Bahdaulet Oserbay (KAZ)
       


 
Oxu 5919 dəfə
Tweet

Comments   

 
+1 #1 veli 2017-01-14 15:35
salam.zehmet olmasa deyerdiz yariwdar hacan bawliyir?
saat necede?
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW