AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
15.12.2016 09:53

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

Materialı qiymətləndirin
(3 səs)
16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək. 

Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun (Azəri İK) rəhbərliyi altında yığma komandanın 19 üzvü qonşu respublikada mübarizə aparacaq. Heyətdə Tofiq Əliyev, Elmir Cəlilov (hər ikisi 42 kq), Məhəmmədsaleh Abakarov (46 kq), Ramiz Həsənov (50 kq), Əsgər Məmmədəliyev, Uğur Novruzov, Vüsal Hüseynov (hamısı 54 kq), Turan Bayramov, Elmar Kazımov, Seymur Cəbrayılov (hamısı 58 kq), Əşrəf Əşrəfov, Vahid Əliyev, Hacımurad Hacıyev (hamısı 63 kq), Nəsib İsayev, Murad Ömərov, Davud İbrahimov (hamısı 69 kq), İslam Əliyev, Abubakr Abakarov və Abdulmuslim Mamedov (hamısı 76 kq) yer alıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək. 

Proqrama əsasən, dekabrın 16-da 42, 50, 58, 69 və 85 kq, dekabrın 17-də isə 46, 54, 63, 76, 100 və 120 kq çəki dərəcələrində idmançılar yarışacaq. 


Oxu 2625 dəfə
Tweet

Comments   

 
0 #1 esref 2016-12-23 19:27
63 kq əsrəfov yox asirov
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW