AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
15.11.2016 14:53

Güləşçilərimiz "Day of Children" beynəlxalq turnirində iştirak edəcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
17-18 noyabr 2016-cı il tarixdə İran İslam Respublikasının İsfahan şəhərində kiçik yaşlı yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Day of Children" beynəlxalq turniri keçiriləcək. 

Məşqçilər Elşad Allahverdiyev və Ruslan Şəmilovun rəhbərliyi altında 9 sərbəst güləşçimiz qonşu ölkəyə yollanacaq. Heyətdə Mircavad Nəbiyev (35 kq), Riyad Aslanov (38 kq), Elmir Cəlilov (42 kq), Mürşüd Hüseynov (47 kq), Məhəmməd Əhmədov (53 kq), Əşrəf Aşirov (59 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov (73 kq) və Fuad Mailov (85 kq) yer alıb. 

Yunan-Roma güləşçiləri böyük məşqçi Əfsər Namazəliyev və məşqçi Fuad Alıyevin rəhbərliyi altında yarışa qatılacaq. Heyətdə 10 güləşçi yer alıb. Səbuhi Yunusov (32 kq), Rəşad Məmmədov (35 kq), Tural Mehdiyev (38 kq), Həsrət Cəfərov (42 kq), Elmir Əliyev (47 kq), Murad Əhmədəliyev (53 kq), Vəfadar Cəfərov (59 kq), Ruslan Hədisov (66 kq), Elxan Rəfiyev (73 kq) və Murad Şahrayev (85 kq) ölkəmizi təmsil edəcək. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Kamran Əliyev iştirak edəcək. 



Oxu 3222 dəfə
Tweet

Comments   

 
+1 #2 elsad dunya 2016-11-15 21:19
;-) :-) :lol:
Quote
 
 
+1 #1 elsad dunya 2016-11-15 21:18
:D
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW