AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
24.10.2016 10:52

Güləşçilərimiz Olimpiya mükafatçısının turnirindən 1 qızıl və 2 bürünc medalla qayıdır / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Dağıstan Respublikasında Pekin Olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq Respublika turniri keçirilib. 

Turnirdə  iştirak edən sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medala sahib olub. 

74 kq çəki dərəcəsində mübarizə aparan Rio Olimpiya Oyunlarının bürünc medalçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatına layiq görülüb. Həlledici görüşdə güləşçimiz yerli idmançı Hacı Nəbiyevi üstələyib.

Bürünc medalları yığmamıza Məhəmmədhacı Xatiyev (86 kq) və Roman Bəkirov (97 kq) qazandırıb. Mahir Əmiraslanov (57 kq) isə beşinci olub. 


Oxu 2495 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW