AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
20.10.2016 12:24

Sərbəst güləşçilərimiz Olimpiya mükafatçısının turnirində iştirak edəcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
22-23 oktyabrda Dağıstan Respublikasında Pekin  Olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq Respublika turniri keçiriləcək.

Turnirdə sərbəst güləş üzrə yığma komandanın üzvləri iştirak edəcək. Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında turnirə 12 idmançımız yollanıb.

Heyətdə Mahir Əmiraslanov, Pərviz İbrahimov, Arif Hüseynov (hamısı 57 kq), Orxan Nəsirov, Mahal Novruzov, Qüdrət Ağayev, Elçin Vəliyev, Əmrah İlyaslı (hamısı 65 kq), Cəbrayıl Həsənov, Mircəfər Murtuzlu (hər ikisi 74 kq), Roman Bəkirov (97 kq) və Umar İsrailov (125 kq) yer alıb. 

Proqrama əsasən 57, 74 və 125 kq çəkidə idmançılar oktyabrın 22-də, 65, 86 və 97 kq çəkidə pəhləvanlar isə oktyabrın 23-də xalça üzərinə çıxacaq. 


Oxu 3228 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW