AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
04.07.2016 09:35

Əli Əliyevin xatirə turnirindən 1 qızıl, 1 gümüş və 1 bürünc medal / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib. 

Turnirdə iştirak edən yığma komandanın üzvləri 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. 

65 kq çəki dərəcəsinin final görüşündə yığma komandamızın iki üzvü - Məhəmməd Müslümov və Teymur Məmmədov qarşılaşıb. Məhəmməd Müslümov qızıl, Teymur Məmmədov gümüş medala yiyələnib.

Bürünc medalı isə yığmamıza 125 kq çəkidə yarışan Əli İsayev qazandırıb. 

Qalib Əliyev (61 kq), Məhəmmədhacı Xatiyev (86 kq) və Umar İsrailov (125 kq) isə bürünc medal görüşündə məğlub olaraq turniri 5-ci sırada tamamlayıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov, Zaur Şərifov, Vaqif Zeynallı və Babək Allahverdiyev təmsil edib. 





Oxu 3031 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW