AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
29.06.2016 10:55

Güləşçilərimiz Almaniya Qran Prisində sınaqdan keçiriləcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
2-3 iyul 2016-cı il tarixdə Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran Pri beynəlxalq turniri keçiriləcək. Turnirdə güləş üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri iştirak edəcək. 

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 8 sərbəst güləşçimiz Almaniyaya gedəcək. Heyətdə Mircəlal Həsənzadə (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Qitinamaqomed Hacıyev (70 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi 86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb. 

Yarışın proqramına əsasən, iyulun 2-də 65, 74, 86 və 97 kq, iyulun 3-də isə 57, 61, 70 və 125 kq çəkidə güləşçilər yarışacaq.

Yunan-Roma güləşi yarışlarında isə yığma komandanın üzvü Rafiq Hüseynov (75 kq) iştirak edəcək və iyulun 2-də mübarizə aparacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək. 


Oxu 3424 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW