AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
20.06.2016 11:03

Qadın güləşçilər Polşada 1 qızıl və 2 bürünc medal əldə edib

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Polşanın Spala şəhərində qadın güləşi üzrə "Poland Open" XX beynəlxalq turnir keçirilib. 

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yarışda Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnik (hamısı 58 kq) iştirak edib. 

Güləşçilərimiz turniri 1 qızıl və 2 bürünc medalla başa vurub. 

48 kq çəkidə mübarizə aparan komandanın lideri Mariya Stadnik bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına yiyələnib. 

Bürünc medalları isə yığmamıza Anjela Doroqan (53 kq) və Nataliya Sinişin (58 kq) qazandırıb. Nataliya Sinişin həlledici görüşdə komanda yoldaşı Yuliya Ratkeviçdən üstün olub. 


Oxu 2001 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW