AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
16.06.2016 12:47

Qadın güləşçilər Polşada, yunan-Roma güləşçiləri Rumıniyada yarışacaq

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
18-19 iyun 2016-cı il tarixdə Rumıniyanın paytaxtı Buxarest şəhərində İon Cornianu və Ladislau Simonun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Turnirdə yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın 3 üzvü iştirak edəcək. 

Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında Buxarestə Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (80 kq) və Sabah Şəriəti (130 kq) yollanıb. 

Turnirin proqramına əsasən, hər üç güləşçimiz iyunun 18-də xalça üzərinə çıxacaq. 

Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlığı başa vuran qadın güləşçilərimiz isə Polşanın Spala şəhərinə yola düşüb. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnik (hamısı 58 kq) "Poland Open" XX beynəlxalq turnirdə qüvvələrini sınayacaq. 

İyunun 18-də 48, 55, 60, 69 kq, 19-da isə 53, 58, 63, 75 kq güləşçilər yarışacaq. 


Oxu 1751 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW